Accessibility links

Venesuela prezidenti Kubadadır


Venesuela prezidenti Uqo Çaves bu gün Kubada təşkil edilən dördüncü Petrokarib sammitində iştirak etmək üçün o ölkəyə səfər edib. Caveslə bərabər Venesuelanın xarici işlər naziri Nikolas Maduronu Kubanın vitse-prezidenti Karlos Lage və xarici işlər naziri Filip Perez Rodue və digər rəsmi şəxslər qarşılayıb. Venesuela liderinin Kuba prezidenti Fidel Kastro ilə nahar yeməyi zamanı görüşəcəyini deməsinə baxmayaraq, mətbuat bu haqda heç bir xəbər yaymayıb. Petrokarib sammitində Kubanı Fidel Kastronun qardaşı, ölkənin müvəqqəti lideri Raul Kastro təmsil edəcək. Qeyd edək ki, dünyada neft istehsalı sahəsində beşinci yerdə olan Venesuela Kubanı 100000 barrel gündəlik neftlə təmin edir.

XS
SM
MD
LG