Accessibility links

ATƏT Ermənistanda mətbuat azadlığından narahatdır


ATƏT Ermənistanda mətbuat azadlığından narahatlığını ifadə edib. Təşkilatın bu gün açıqladığı hesabatda hökumətin regional televiziya şirkətinə qarşı təzyiqlər və müxalifət qəzetinin ofisinin qarşısında bomba partlayışı qeyd edilir. Sənəddə təzyiqlər və zorakılıqlar pislənib. Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyana ünvanladığı məktubda ATƏT-in mətbuat azadlığı məsələləri üzrə nümayəndəsi Mikloş Haraşti bildirib ki, bu hərəkətlər ölkənin mətbuat dairələrində qorxu yaradır.
XS
SM
MD
LG