Accessibility links

Fransa prezidenti Kabildə əfqan həmkarı ilə görüşüb


Fransa prezidenti Nikola Sarkozi Kabilə gözlənilməz səfəri zamanı əfqan həmkarı Həmid Kərzai ilə danışıqlar aparıb. Cənab Kərzainin idarəsindən verilən açıqlamaya görə, prezident Sarkozi Əfqansıtana uzunmüddətli siyasi və hərbi dəstək göstərəcəyinə təminat verib. Açıqlamada deyilir ki, iki lider həmçinin Əfqanıstanın başlıca problemləri olan zəif təhlükəsizlik şəraiti və tiryək isehsalını da müzakirə ediblər. Sarkozi NATO-nun Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin tərkibində xidmət edən fransız əsgərlərinə də baş çəkib. Fransa qoşunları əsasən Kabil və şəhərin ətrafında xidmət edir.

XS
SM
MD
LG