Accessibility links

Pakistanda məscid partlayışı ilə əlaqəsi olan bir neçə nəfər saxlanılıb


Pakistanda dünən 50 nəfərin ölümünə səbəb olan məscid partlayışı ilə əlaqəli bir neçə nəfər saxlanılıb. Ehtimallara görə, partlayış ölkənin sabiq daxili işlər naziri Aftab Şerpaonu hədəf alıbmış. Nazirin özü xəsarət almasa da oğlu və bir neçə digər adam yaralanıb. Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, həbs olunanlar arasında partlayışda əlbir olanlardan biri var və o, ikinci günahkarın tapılmasına kömək edəcək. Rəsmilər partlayışı törədən intiharçının kimliyini müəyyən etmək üçün, onun paltarlarını və ayaqqabısını yoxlanışdan keçirdiklərini deyirlər. Partlayışı pisləyən Pakistan prezidenti Pərviz Müşərrəf təhlükəsizlik və kəşfiyyat agentliklərini hadisədə kimin məsuliyyət daşımasını öyrənməyə yönəldib.
XS
SM
MD
LG