Accessibility links

Koalisiya qüvvələri İraqda Əl Qaidənin maliyyə əməliyyatlarının qarşısını alıb


Koalisiya qüvvələri İraqda 6 şübhəlinin həbs olunmasına və Əl Qaidə yaraqlılarının ölkədə maliyyə əməliyyatları və təbliğatının qarşısını almağa müvəffəq olublar. Ordunun açıqlamasında deyilir ki, şübhəlilər Bağdad və şimal şəhəri olan Mosuldakı əməliyyatlar zamanı ələ keçiriliblər. Bu gün həmçinin polis və İraq ordu qərargahı yaxınlığında baş verən partlayış zamanı bir nəfər həlak olub, 5 nəfər isə yaralanıb. Digər zorakı insidentdə paytaxtın cənubunda hospital yaxınlığında yol kənarına yerlışdirilmiş bombanın partlaması nəticəsində 5 nəfər mülki vətəndaş yaralanıb. İraqdan alınan başqa xəbərdə, dünən Kərkükdə bomba partlayışı nəticəsində 1 ABŞ əsgərinin həlak olduğu, 11 nəfərin isə yaralandığı bildirilir.

XS
SM
MD
LG