Accessibility links

ABŞ prezidenti Corc Buş Amerika əsgərlərinin ailələrini Milad bayramı münasibətilə təbrik edib


ABŞ prezidenti Corc Buş Milad mövsümündə ABŞ əsgərlərini alqışlamış və azadlıq uğrunda qurban olan hərbçilər və onların ailə üzvlərinə təşəkkürünü bildirmişdir. Həftəlik radio müraciətində cənab Buş deyib ki, ABŞ-ın uniforma geymiş qadın və kişiləri azadlığı və Birləşmiş Ştatları düşmənlərdən qorumaq üçün ayağa qalxmışlar. O, həmçinin ailə üzvlərini itirdikdən sonra da vətənə xidmətlərini davam etdirən hərbçi ailələrindən danışıb. Onun sözlərinə görə bir çox həbrçilər bayramı əzizlərindən uzaqda qeyd edirlər. Prezident və birinci xanım Miladı Meriləndin Kemp Deyvid prezident iqamətgahında keçirirlər, və oradan onlar Texasdakı rançolarına yollanacaqlar.
XS
SM
MD
LG