Accessibility links

İsrail Qəzza Zolağında hərbi əməliyyatları davam etdirəcəyini bildirib


İsrailin baş naziri Ehud Olmert Fələstinin Həmas qrupunun atəşkəs barədə danışıqlar təklifini rədd edərək, Qəzza Zolağında yaraqlılara qarşı əməliyyatları davam etdirəcəyini deyib. Cənab Olmert İsrailin Qəzzadakı terrorçu qrupla apardığı müharibənin düzgün olduğunu deyib. Bu gün cənab Olmert bildirib ki, İsrailin onu dövlət kimi tanımayan bir təşkilatla danışıqlar aparmaq niyyəti yoxdur.

Xatırladaq ki, Beynəlxalq Yaxın Şərq Sülh Dördlüyü iyun ayından bəri Qəzzada nəzarəti əlinə alan Həmas qrupundan zorakılıqları dayandırmağı, İsraili dövlət kimi tanımağı və sülh razılığına gəlməyi tələb edir.

XS
SM
MD
LG