Accessibility links

Romano Prodi rəsmi səfərlə Əfqanıstandadır


Rəsmilərin məlumatına görə İtaliyanın baş naziri Romano Prodi bu gün danışıqlar aparmaq üçün Əfqanıstana gəlib. Cənab Prodi Kabildə Əfqan prezidenti Həmid Karzai ilə görüşdükdən sonra iltaliyalı əsgərlərin yerləşdirildiyi qərbi Heart vilayətinə gedəcək.

Xatırladaq ki, dünən Fransa və Avstraliya liderləri Əfqanıstan prezidenti Həmid Karzai ilə görüşmək üçün Əfqanıstana gözlənilməz səfər ediblər. Avsraliya baş naziri Kevin Rad cənab Karzai ilə birgə mətbuat konfransında ölkəsinin Əfqanıstanda islahatlar və sabitliyə nail olunması üçün köməyini əsirgəməyəcəyini bildirib. Rad Kabilə gəlməmişdən öncə, Uruzqan vilayətindəki Avsraliyanın min nəfərdən ibarət əsgər heyəti ilə görüşüb.

Bundan əvvəl isə Fransa prezidenti Nikola Sarkozi əfqan həmkarı Həmid Kərzai ilə danışıqlar aparıb. Fransa liderinin də səfəri gözlənilməz olub. Cənab Karzainin idarəsindən verilən açıqlamaya görə, prezident Sarkozi Əfqanıstana uzunmüddətli siyasi və hərbi dəstək göstərəcəyinə təminat verib.

XS
SM
MD
LG