Accessibility links

Özbəkistanda prezident seçkiləri keçirilir


Özbəkistanda bu gün prezident seçkiləri keçirilir. Təxminlərə görə, hazırkı prezident öz vəzifəsində qalacaq. Ölkənin avtoritar lideri İslam Kərimov üçüncü müddətə prezident seçilmək istəyir. Onun rəqibləri çox az tanınmış üç namizəd, Əsliddin Rüstəmov, Diloram Taşməhəmmədova və Akmal Saidovdur.

Son 20 ilə yaxın müddətdə hakimiyyətdə olan sabiq kommunist lider siyasi rəqiblərini həbsə atdırmış və ya sürgün etdirmiş, mətbuat azadlığını boğmuşdur. Cənab Kərimov ölkədə insan haqları pozuntularına görə dünya ictimaiyyətinin tənqidlərinə məruz qalmışdır.

ATƏT seçkilərin motirinqini keçirmək üçün Özbəkistana azsaylı müşahidə missiyası göndərib. Təşkilatın bildirdiyinə görə, ölkədəki vəziyyət sağlam rəqabətə təminat vermir.

XS
SM
MD
LG