Accessibility links

Türkiyə təyyarələri İraqın şimalını bombardman etməkdə davam edir


İraqın kürd rəsmilərinin bildirdiyinə görə, Türkiyənin qırıcı təyyarələri bu gün də İraqın şimalını bombardman edib. İraqın kürd təhlükəsizlik qüvvələrinin sözçüsü Cabbar Yavər deyib ki, Türkiyənin sərhədə yaxın hücumu zamanı mülki vətəndaşlar xəsarət almayıb.

Dünən Türkiyə təyyarə və artileriyanın İraqın şimalında kürd yaraqlılarını hədəfə aldığı bildirilmiş və reydlərin davam edəcəyi barədə xəbərdarlıq edilmişdi. Bu hücum həftə ərzində Türkiyənin sərhədləri keçərək PKK yaraqlılarına qarşı həyata keçirdiyi üçüncü hücumdur. Türk rəsmilər dünənki əməliyyat nəticəsində 100-dən çox yaraqlının öldürüldüyünü bildirib.

XS
SM
MD
LG