Accessibility links

Diyala vilayətində 14 nəfər girov götürülüb


İraq polisinin bildirdiyinə görə, bu gün Diyala vilayətində silahlı şəxslər avtobusu pusquya salaraq, qadın və uşaqlar da daxil edilməklə 14 nəfəri girov götürüblər. Birləşmiş Ştatlar hərbiçiləri isə bildirirlər ki, koalisiya qüvvələrinin İraqın mərkəz və şimal bölgələrində Əl-Qaidə yaraqlılarına qarşı əməliyyatları zamanı terrorçuluqda şübhələnilən 10 nəfər həbs edilib. Koalisiya qüvvələrinin bəyanatında Bağdaddakı hərbi əməliyyatlar zamanı ələ keçirilənlərdən birinin xarici terroristlər və silah şəbəkələri ilə əlaqəsi olduğundan, digərinin isə Ənsar Əl-İslam qrupunda media və təbliğat işlərinə başçılıq etdiyinə inanılır.
XS
SM
MD
LG