Accessibility links

Prezidentliyə namizəd Badri Patarkatsişvili ona qarşı sui-qəsd hazırlandığını deyib


Gürcüstan prokuroru Tbilisi hökumətini devirməkdə iştirak edən müxalifətin prezidentliyə namizədi Badri Patarkatişvilinin kampaniya menecerini ittiham edib. Bu gün Tbilisidə danışan baş prokuror müavini Nika Qvaramia rəsmilərin keçən həftə cinayət işi qaldırdığını deyib.

Gürcüstanın biznes maqnatı və prezidentliyə namizəd Badri Patarkatsişvili ona qarşı sui-qəsd hazırlandığını deyib. Böyük Britaniya qəzeti “The Sunday Times”a müsahibəsi zamanı o bildirib ki, gizli audio-kasetin surətini ələ keçirib. Kasetdə Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmisi milyarderin qətlə yetirilməsinin müxtəlif yollarını müzakirə edir. “The Sunday Times”ın sahibi Rupert Mardok həm də Patarkatsişvilinin İmedi telekanalının partnyorudur.

Keçmiş sovet respublikası Gürcüstanda seçkilərin yanvarın 5-də keçiriləcəyi gözlənilir.

XS
SM
MD
LG