Accessibility links

Nəvaz Şərif: Pakistanın ədliyyə sistemi dünyanın gülüş hədəfinə çevrilib


Pakistanın sabiq baş naziri Nəvaz Şərif prezidentin Pakistanın ədliyyə sistemində dəyişiklik etməsini dünyanın gülüş hədəfinə çevirdiyini deyib. Ölkənin cənub vilayəti Sindhin Sukkur şəhərində bu gün keçirilən təbliğat kampaniyasında cənab Şərif həmçinin Prərviz Müşərrəfi ABŞ-ın sözü ilə oturub-durduğuna görə tənqid edib.

Nəvaz Şərif və Pakistanın digər sabiq baş naziri Benəzir Bhutto yanvarın 8-də keçiriləcək seçkilər öncəsi rəhbərləri olduqları partiyalara dəstək toplamaq üçün Pakistan boyunca səfərə çıxıblar. Qeyd edək ki, cinayətkarlıq ittihamları səbəbilə Şərifin parlament seçkilərində iştirakına qadağa qoyulub.

XS
SM
MD
LG