Accessibility links

San Fransisko heyvanxanasından pələng qaçıb


Kaliforniya Ştatının San Fransisko heyvanxanasından pələng qaçıb. Lakin polis tərəfindən gülllələnməzdən əvvəl bu yırtıcı bir nəfəri öldürmüş, ikisini isə yaralamışdı. Bundan sonra Tatyana adlı Sibir pələngi yaxınlıqdakı kafeyə doğru qaçmış və orada iki keşikçini hücumuna məruz qoymuşdu. Hadisə yerinə gələn polis pələngi hədəfindən yayındırmış və pələng onlara hücum etmək istəyəndə ona atəş açmışdı. Heyvanxana dərhal evakuasiya edilmiş və digər heyvanların da qaçıb-qaçmadığının müəyyən edilməsi üçün heyvanat bağçasında axtarış aparılmışdır. Pələngin qəfəsdən necə çıxdığı aydın deyil.

XS
SM
MD
LG