Accessibility links

Federal idarə media sahibkarlığı qaydalarını dəyişib


FCC kimi tanınan Federal Kommunikasiyalar Komissiyası 32 illik qadağanı ləğv edərək Çərşənbə Axşamı ölkənin 20 ən iri media bazarında həmçinin qəzetə sahibkarlıq etməyə icazə verib. FCC sədri Kevin Martin iki Republikaçı həmkarına qoşularaq təklifə dəstək verib. Kommisiyasının iki Demokrat üzvü isə ölçü əleyhinə səs verib.

Nümayəndələr Palatası və Senatın güclü təzyiqlərinə baxmayaraq Martin səsvermənin yubadılmasına imkan verməyib. Konqresdəki müxalifətə baxmayaraq Ağ Ev qurum sədrini dəstəkləyir və Konqresin səsvermənin nəticələrini ləğv etmək səylərinin qarşısını alacağını bəyan edib.

Çərşənbə Axşamının görüşündə sədr media sahibkarlığı prosedurunun qızğın müzakirələrlə müşaiyət olunduğunu söyləyib. FCC-nin iki Demokrat üzvü adətən sakitliyi ilə tanınan agentlikdə sərt bəyanatla Martinin planını tənqid ediblər. Martin özü bildirib ki, onun təklifi çarpaz sahibkarlıq məhdudiyyətlərinin yumşaq şəkildə sərbəstləşdirilməsini ehtiva edir.

Başqa cəbhədə qaydaları sərtləşdirən FCC kabel şirkətlərinə milli auditoriyanın 30 faizindən çoxuna xidmət etməyi qadağan edir. Kabel şirkətləri bazarda rəqabətin gücləndiriıməsinə yönəlmiş bu ölçüyə qarşı çıxırlar. İki Demokrat Martinə qoşulara bu ölçüdə onunla həmrəy olublar. Halbuki Respublikaçılar ölçünün əleyhinə səs veriblər.

Demokratl Maykl Kopps və Conatan Adelsteyn Martini kabel qadağasında dəstəkləsələr də onun media sahibkarlığı haqda qərarına kəskin tənqid ediblər. Hər iki şəxs Martinin qərarı gecə yarısı xəlvətdə qəbul etdiyini deyərək prosesin açıq olmadığını bildiriblər. Adelsteyinin sözlərinə görə Martinin təklifi 6 yeni qəzet-yayımlama kombinasiyasına və 36 yeni stansiyanın açılmasına gətirib çıxaracaq.

Qərarı müdafiə edən Kevin Martin ölçünün media bazarında baş verən dəyişiklikləri əks etdirdiyini, və cərəyan edən tendensiyalara müvafiq olduğunu söyləyib.

XS
SM
MD
LG