Accessibility links

Pakistanın müxalifət lideri Benəzir Bhutto qətlə yetirilib


Pakistanın Rəvalpindi şəhərində keçirilən yürüş zamanı sabiq baş nazir və müxalifət lideri Benəzir Bhutto qətlə yetirilib. Pakistan və xarici xəbər agentliklərinin bildirdiyinə görə, xanım Bhutto boynundan aldığı güllə yarasından ölüb.

Benəzir Bhutto yürüş iştitakçıları qarşısında çıxış etdikdən sonra intihar hücumu baş vermişdir. Partlayışdan sonra güllə atəşləri açıldığı da bildirilir. Hücum zamanı digər 15 nəfərin də həlak olduğu xəbər verilir.

Rəvalpindi şəhəri yaxınlığında sabiq baş nazir Nəvaz Şərifin tərəfdarlarının yürüşü zamanı silahlı şəxslər tərəfindən nümayişçilər atəşə tutulmuş, 4 nəfər ölmüş, bir neçə nəfər yaralamışdır.

XS
SM
MD
LG