Accessibility links

Gürcü müxalifətçi prezidentliyə namizədlikdən geri çəkildi


Gürcüstanın varlı biznesmeni və müxalifət namizədi Badri Patarkatsişvili gələn ay keçiriləcək prezident seçkilərini tərk edib. Milyoner Gürcüstanda müxalifət telekanalına sahibkarlıq edir. O, bu addımı dünən başqa telekanallarda onun Daxili İşlər Nazirliyi rəsmisinə 100 milyon dollar rüşvət təklif etməsini nümayiş etdirdikdən sonra atıb. Göstərilən videoda cənab Patarkatsişvili polis əməliyyatları rəhbəri İrakli Koduaya müxalifətin nümayişlərini dağıtmamaq əvəzində pul təklif edib. Kaset iki nəfərin Bazar günü Londonda görüşü zamanı lentə alınıb. Gürcüstan rəsmiləri deyirlər ki, Patarkatsişvili və başqa müxalifət liderləri sabiq Prezident Mixail Saakaşvili seçkilərdə yenidən qalib gəldiyi halda etiraz nümayişləri planlaşdırırdılar.
XS
SM
MD
LG