Accessibility links

Vladimir Putin prezident seçkilərindən öncə kabineti ciddi işləməyə çağırıb


Rusiya prezidenti Vladimir Putin deyib ki, hökumət mart atında prezident seçkilərindən öncə ciddi iş aparmalıdır. Cənab Putin nazirlər kabinetinin üzvlərinə deyib ki, onun özünün baş nazir olacağı təqdirdə, problemsiz keçidi təmin etmək üçün kabinet müstəqil və ciddi işləməlidir. Cənab Putin bu açılamaları Rusiya nazirlər kabinetinin ilin son iclası zamanı verib. Prezident Putin bildirib ki, baş nazir müavini Dmitri Medvedev prezident seçilsə, o, baş nazir vəzifəsini qəbul edəcək.
XS
SM
MD
LG