Accessibility links

Kenyada müxalifət prezident seçkilərində qələbəsini elan edib




" hspace=2 src="/azerbaijani/images/ap_kibaki_kenya_election_27dec07_eng_195.jpg" width=195 align=left vspace=2 border=0>Kenyanın əsas müxalifət partiyası rəsmi hesablamaların geçikdirilməsinin davam etməsinə baxmayaraq, ölkənin prezident seçkilərində qələbəsini elan edib. Demokratik Narıncı Hərəkatdan Musaliya Mudavali bildirib ki, partiyanın şəxsi hesablamalarına görə, Raila Odinqa prezident seçilib. Belə vəziyyətdə Mudavadi cənab Odinqonun vitse-prezidenti olacaq. Partiyanın rəsmi nəticələri cənab Odinqonun 3.7 milyon səs topladığını göstərir. Əvvəlki prezident Mvai Kibaki isə 3.4 milyon səs toplayıb. Səslərin hesablanmasının dünən sona çatacağı gözlənilirdi. Seçki rəsmiləri ləngiməni yüksək seçici iştirakı ilə əlaqələndirirlər.
XS
SM
MD
LG