Accessibility links

Türkiyədə Əl Qaidə ilə əlaqəsi olan 5 nəfər həbs edilib


Türkiyə məhkəməsi Əl Qaidə terror şəbəkəsi ilə əlaqəsi olmaqda ittiham edilən 5 nəfəri həbsə məhkum edib. Ölkə mətbuatının bildirdiyinə görə, orta məktəbdə İngilis dili tədris edən bir müəllimin də onların arasında olduğu 5 nəfər, Türkiyə şəhərlərində keçirilən əməliyyatlar zamanı ələ keçirilən 19 şübhəli içərisindədir. Xəbərlərdə deyilir ki, digər 14 nəfər sorğu-sual edildikdən sonra sərbəst buraxılıb. Türkiyənin “Milliyyət” qəzetinin yazdığına görə, şübhəlilər polis tərəfindən müşahidə olunurmuş. Əl Qaidə 2003-cü ilin noyabrında İstanbulda intiharçı hücumunun məsuliyyətini öz üzərinə götürmüşdü. 2 sinaqoqu, bir bank və Böyük Britaniya baş konsulluğunu hədəf alan hücumlar zamanı 58 nəfər həlak olmuşdu.
XS
SM
MD
LG