Accessibility links

Fransa prezidenti Livanda siyasi böhrana görə Suriya ilə diplomatik münasibətləri dayandırıb


Fransa prezidenti Nikola Sarkozi deyib ki, o, Livanda siyasi böhrana görə Suriya ilə diplomatik münasibətləri kəsir. Cənab Sarkozi bu gün bildirib ki, onun hökuməti rəsmi Dəməşq Livanın konsensus əsasında özünə prezident seçməsini sitədyini sübuta yetirməyənə qədər Suriya ilə münasibət saxlamayacaq. Fransa prezidenti bu açıqlamaları Misir prezidenti Hüsnü Mübarəklə görüşdən sonra verib. O, Suriyanı özünün Livanda nüfuzundan istifadə edib parlamentin prezidenti seçməsini təmin etməyə çağırıb.

Livan noyabrın 22-dən ölkənin qərb tərəfdarkı hökuməti və Dəməşq tərəfdarı müxalifəti arasında çıxılmaz vəziyyət yarandığına görə prezidentsiz qalıb.

XS
SM
MD
LG