Accessibility links

2007-ci il İraqda ABŞ əsgərlərin ən çox itki verdikləri il olub


2007-ci İraqda ən çox ABŞ hərbçisinin həyatını itirdiyi il olub. Buna baxmayaraq, İraqa əlavə hərbi qüvvələr göndərilməsi nəticəsində cari ilin son altı ayında zorakılıq faktları xeyli azalıb. Bu ilin may ayı ərzində İraqda 126 ABŞ əsgəri həlak olub. Bundan sonra isə ölən ABŞ hərbçilərinin sayı azalmağa başlayıb və dekabr ayında onların sayı 21-ə enib. İyun ayından bəri İraqda həlak olan mülki vətəndaşların sayı da azalmağa başlayıb. Həmin aydan müxtəlif qrupların həyata keçirdikləri hücumlar 60 faiz azalıb. İraqda 2007-ci ildə həlak olan ABŞ hərbçilərinin sayı 899-dur.
XS
SM
MD
LG