Accessibility links

İlin son günlərində Əfqanıstanda 23 təhlükəsizlik rəsmisi həlak olub


Əfqanıstanda son bir neçə gündə həyata keçirilən hücumlar zamanı 23 polis və təhlükəsizlik işçisi həlak olub. Helmənd vilayətində yerli polis idarəsinin rəisi bildirib ki, bu gün Musa Qala rayonunda yolkənarı bombanın partlaması nəticəsində iki polis zabiti həlak olub. Daxili İşlər Nazirliyinin bildirdiyinə görə isə, bir gün öncə polis məntəqəsi Taliban yaraqlılarının hücumuna məruz qalan zaman 16 polis işçisi qətlə yetirilib. Keçən həftənin cümə günü Uruzqan və Paktia vilayətlərində 5 əfqan əsgəri minaya düşərək həlak olmuşdu. Taliban rejiminin devrilməsiylə nəticələnən əməliyyatların başladığı 2001-ci ildən bəri, bu il Əfqanıstanda ən ağır il kimi qeydə alınıb. Belə ki, 2007-ci ildə ölkədə toqquşmalar zamanı 6000-dən çox insanın həlak olduğu bildirilir.
XS
SM
MD
LG