Accessibility links

Çində şaxtanın partlaması zamanı 19 nəfər ölüb


Çin rəsmilərinin bildirdiyinə görə, ölkənin şimal-şərqində yerləşən şaxtanın partlaması nəticəsində ölənlərin sayı 19-a çatıb. Sinhua xəbər agentliyi bildirib ki, şənbə günündən bəri axtarılan 18 nəfərin hamısının cəsədi tapılıb. Qeyd edək ki, partlayış 2 gün əvvəl baş vermişdi. Dünən aparılan axtarışlar nəticəsində yalnız bir şaxtaçının cəsədi tapılmışdı. Xəbər agentliyinin bildirdiyinə görə, ilkin araşdırmalar şaxtanın lisenziyası ləğv ediləndən sonra, şaxtanın operatorlarının istehsalı qeyri-qanuni şəkildə bərpa etdiyini göstərir. Çindəki şaxtalar dünyada ən təhlükəli şaxtalar hesab olunur.
XS
SM
MD
LG