Accessibility links

Şimali Koreya verdiyi sözə əməl etməyib


Şimali Koreya ilin sonuna kimi bütün nüvə proqramını açıqlayacağı barədə verdiyi sözə əməl etməyib. ABŞ, Yaponiya və Cənubi Koreya rəsmi Pxenyana nüvə fəaliyyətlərinin tam siyahısını açıqlamadığına görə təəssüfünü bildirib. Birləşmiş Ştatlar Dövlət Departamentinin sözçüsü Tom Keysi hadisəni xoşagəlməz adlandırıb. O, rəsmi Vaşinqtonun Yaponiya, Cənubi Koreya, Çin və Rusiya ilə bərabər danışıqları davam etdirəcəyini deyib. Şimali Koreya altıtərəfli danışıqlar zamanı energi yardımı müqabilində ilin sonuna kimi nüvə proqramlarının siyahasını açıqlamaq və nüvə qurğularının ləğvinə başlamaq haqda öhdəlik götürmüşdü.
XS
SM
MD
LG