Accessibility links

Pakistanda 4 yarı-hərbi əsgər əsir götürülüb


Pakistan rəsmilərinin bildirdiyinə görə, militantlar ölkənin şimal-qərb regionunda 4 yarı-hərbi əsgəri girov götürüblər. Onlar piyada Cənubi Vəziristandakı bazalarına gedərkən Əfqanıstanla sərhəddə militantlar əsgərlərə hücum ediblər. Buna cavab olaraq Pakistan qoşunları yaraqlıların Lada şəhəri yaxınlığındakı mövqelərini top və minomyot atəşinə tutub. Hökumət qısa müddət əvvəl Cənubi Vəziristandakı bazanın lideri Beydulla Məhsudu sabiq baş nazir Benazir Bhuttonun sui-qəsdi ilə bağlılıqda ittiham etmişdi. Məhsud isə keçən həftə xanım Bhuttonun ölümü ilə nəticələnən sui-qəsdlə heç bir əlaqəsinin olmadığını bildirib.
XS
SM
MD
LG