Accessibility links

Koalisiya qüvvələri Əfqanıstanda bir neçə yaraqlı öldürüb


Əfqanıstanın cənub vilayəti Helmənddə keçirilən əməliyyatlar zamanı əfqan və ABŞ qüvvələri bir neçə Taliban yaraqlısını öldürüblər. Koalisiya rəsmiləri bildirir ki, son toqquşma Talibanla əlaqəsi olan yaraqlıların məskunlaşdığı yerin axtarışı zamanı baş verib. Axtarış zamanı başlayan silahlı toqquşma nəticəsində bir neçə yaraqlı öldürülüb. Açıqlamada deyilir ki, mülki vətəndaşlar arasında ölən və yaralanan yoxdur. Atışmanın ardınca roket, partlayıcı maddələr kimi gizli silahlar tapılaraq məhv edilib. Helmənd vilayəti Taliban yaraqlıları tərəfindən bərbad vəziyyətə salınıb. Ərazi dünyanın ən çox tiryək yetişdirilən bölgələrindən biridir.
XS
SM
MD
LG