Accessibility links

Çeçenistanda 2 polis işçisi öldürülüb


Yeni il ərəfəsində Çeçenistanda iki müxtəlif insident zamanı 2 polis işçisi öldürülüb. Adını deməyən rəsminin sözlərinə görə, regional paytaxt Qroznıda yerli polis əməkdaşı öz evində yaxın məsafədən güllə ilə vurularaq qətlə yetirilib. Çeçen iğtişaş polisinin bir üzvü də maşınında avtomat silahla öldürülüb. Polis qatillərin axtarışını davam etdirir. Rusiyanın əsasən müsəlmanlar yaşayan Çeçenistan regionu son 13 ildə iki separatçı müharibədən əziyyət çəkib. Əsas döyüşlər bir neçə il əvvəl səngiyib, ancaq bölgədə hələ də zorakılıqlar qeydə alınır. Hücumların hədəfləri adətən federal qüvvələr və yerli hakimiyyət orqanları olur.
XS
SM
MD
LG