Accessibility links

Afrika Birliyinin rəhbəri Keniyaya getməyi planlaşdırır


Afrika Birliyinin rəhbəri Keniyada 300 nəfərin ölümü ilə nəticələnən seçki sonrası zorakılıqların dayandırılmasında vasitəçilik etmək üçün bu gün ölkəyə səfər etməyi planlaşdırır. Qana prezidenti Con Kufurun səfəri kütlənin Eldoret şəhərindəki kilsəni yandırması zamanı 30 nəfərin həlak olmasından bir gün sonraya təsadüf edir. Qurbanlar zorakılıqlardan qaçıb kilsəyə pənah aparanlar olub. Eldoret Rift Vadisində yerləşir. Burada əsasən prezident Vai Kibakinin Kikuyu icması yaşayır. 5 gündür Kikuyu və müxalifət lideri Rayla Odinqonun Luo icması arasında gedən döyüşlər Kenyanı xaosa salıb. Cənab Odinqo prezident Kibakini seçkilərin nəticələrinə müdaxilə etməkdə günahlandırır.
XS
SM
MD
LG