Accessibility links

Pakistan qüvvələri tərəfindən 25 yaraqlı öldürülüb


" hspace=2 src="/azerbaijani/images/afp_pakistan_military_soldiers_29dec07_eng_1952.jpg" width=210 align=left vspace=2 border=0>Pakistan rəsmilərinin bildirdiyinə görə, bu ölkənin hərbçiləri Əfqanıstanla sərhəddə, şimal-qərb ucqar bölgədə gedən döyüşlər zamanı ən azı 25 militantı öldürüb. Ordu sözçüsü, general-mayor Vahid Ərşad döyüşlərin dünən axşam yarı-hərbi dəstənin 4 əsgərinin Cənubi Vəziristanda əsir götürülməsindən sonra başladığını deyib. Bir müddət əvvəl Pakistan hökuməti yaraqlıların bu regionda yerləşən bazalarının lideri Beydulla Məhsudu müxalifət lideri Benəzir Bhuttonun qətlində günahkar bilib. Məhsud Bhottunun sui-qəsdi ilə heç bir əlaqəsinin olmadığını deyib. Pakistan qoşunları Əfqanıstanla sərhəddə militantlarla intensiv döyüşlər aparır.
XS
SM
MD
LG