Accessibility links

Pakistanda gələn həftə keçiriləcək seçkilər təxirə salındı


Pakistanın seçki komissiyasının rəsmiləri bildirirər ki, gələn həftəyə təyin edilmiş parlament seçkiləri müxalifət lideri Benəzir Bhuttonun qətlə yetirilməsi ilə əlaqədar fevral ayının 18-nə qədər təxirə salınacaq. Seçki komissiyasının sədri Qazi Məhəmməd Faruq bu haqda məlumatı bu gün, mətbuat konfransında verib. O, ölkədəki siyasi partiyaları bu qərarı qəbul etməyə çağırıb.

Seçki komissiyası seçkilərin vaxtının dəyişdirilməsinin səbəbinin eləcə də, Benəzir Bhuttonun qətlindən sonra zorakılıqlar zamanı bir çox idarələrin yandırılmasında və seçici siayhılarının sıradan çıxarılmasında olduğunu deyir.

Benəzir Bhuttonun Pakistan Xalqı Partiyası seçkilərin təyin olunduğu vaxt, yanvar ayının 8-də keçirilməsini tələb edir.

Sabiq baş nazir Nəvaz Şərif də onun müxalifət partiyasının seçkilərdə səslərin yarısını qazanacağına ümid etdiyini deyib.

XS
SM
MD
LG