Accessibility links

İsrail Fələstin yaraqlılarına qarşı əməliyyatların nəticə verdiyini deyir


İsrail qüvvələrinin Qəzza Zolağına hava hücumları nəticəsində azı 6 Fələstin yaraqlısının öldürüldüyü bildirilir. İsrail rəsmiləri Fələstin yaraqlılarının İsrail ordusuna raketlərdən atəş açmasından sonra Qəzza Zolağının şimalına yerdən və havadan hücumlar edildiyini bildirirlər. Həmasın militant qanadı hücumlara cavab verməklə hədələyib.

İsrailin daxili işlər naziri Ehud Barak İsaril radiosuna müsahibəsi zamanı İsrailin Qəzza Zolağında yaraqlıları hədəfə alan hərbi əməliyytlarının nəticə verdiyini deyir. Cənab Barak deyib ki, fələstinlilərin İsrailə qarşı raket atəşləri davam etməkdədir və İsrailin siyasəti yaraqlıları hədəfə alan hərbi əməliyyatlar keçirməkdir. O əlavə edib ki, İsrailin Qəzza Zolağında genişmiqyaslı hərbi əməliyyatlar keçirmək planı yoxdur.

Bu arada bir çox qəzzalı Həc ziyarədindən qayıdır. Qeyd edək ki, Misir Qəzza ilə sərhədlərini açaraq, 3 000-ə yaxın fələstinlinin sərhədlərindən keçməsinə imkan yaradıb. İsrail isə həmin şəxslər sırasında iri həcmdə pul daşıyan Hamas rəsmilərinin olduğunu əsas gətirərək, onları əraziyə buraxımır. İsrail rəsmiləri Misrin sərhədi açması ilə bağlı qərarını qınamışlar.

XS
SM
MD
LG