Accessibility links

Dəyirmi Masa: Azərbaycan-İran münasibətləri


2007-ci ilin sonu İran-Azərbaycan münasibətlərində bir sıra gərgin insidentlərlə yadda qaldı. Azərbaycan müstəqilliyini qazanandan bəri İslam Respublikası ilə münasibətlər həmişə hamar olmayıb. Lakin son casus qalmaqalı və İranda yaşayan Azərbaycan Türklərinin milli-mədəni hüquqlarının sistematik pozulması rəsmi Bakı ilə Tehran arasındakı əlaqələrə təsir göstərir. Bu həftəki dəyirmi masa söhbəti İran-Azərbaycan münasibətləri və bu münasibətlərin perspektivinə həsr edilib. Verilişimizin qonaqları Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının sədri Sülhəddin Əkbər və Bakı Siyasi Araşdırmalar və Təsir İnstitutunun rəhbəri politoloq İlqar Məmmədovdur.
XS
SM
MD
LG