Accessibility links

ABŞ-ın Ədliyyə Nazirliyi sıradan çıxarılmış videolarla bağlı cinayət işinə başlayıb


ABŞ-ın Ədliyyə Nazirliyi terrorçuluqda şübhələnilənlərin dindirilməsini nümayiş etdrən videoların sırdan çıxarılması ilə bağlı cinayət işinə başlayıb. Baş prokuror Maykl Mukasi istintaqa rəhbərlik edilməsini federal prokuror Con Durhama həvalə etdiyini bildirib.

Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Maykl Heyden keçən ay videoların bəzilərinin 2002-ci ildə çəkildiyini və onların 2005-ci ildə dindirilənlərin kimliyinin məxfi saxlanması üçün sıradan çıxarıldığını bildirmişdi. Tənqidçilər isə Mərkəzi Kəşfiyyat Agentliyinin işgəncələrə dair dəlilləri məhv etdiyini deyirlər.

XS
SM
MD
LG