Accessibility links

Asif Əli Sərdafi BMT-ni Benəzir Bhuttonun qətlini araşdırmağa çağırıb


Pakistanın sabiq baş naziri və müxalifət lideri Benazir Bhuttonun həyat yoldaşı yenidən BMT-ni xanımının qətlini araşdırmağa çağırıb. Bu gün Vaşinqton Post qəzetində nəşr olunan məqalədə Asif Əli Sərdafi Pakistan hökumətinin araşdırmasının etibarlı olmadığını bildirib. O, həmçinin, ABŞ və Böyük Britaniyanı onun çağırışını dəstəkləməyə səsləyib. Britaniyanın Skotlənd Yard qrupunun anti-terror zabitləri bu gün xanım Bhuttonun qətlə yetirildiyi Ravaldindidə hadisə yerində yoxlanış keçiriblər. Dekabrın 27-də seçki kampaniyası yürüşündən sonra yol kənarına yerləşdirilmiş bomba və güllə atəşi xanım Bhuttonun həyatına son qoymuşdu. Britaniya zabitləri Pakistan prezidenti Pərviz Müşərrəfin xahişi əsasında sui-qəsdin araşdırması üçün texniki və tibbi ekspertiza yardımı ilə təchiz edir.
XS
SM
MD
LG