Accessibility links

Əfqanıstanın taxıl almaq üçün 80 milyon dollara ehtiyacı var


Əfqanistanın maliyyə nazirinin sözlərinə görə, ölkənin ərzaq çatışmazlığını aradan qaldırmaq üçün belnəlxalq yardıma ehtiyac var. Nazir Məhəmməd Əmin Fəranq Almaniya qəzetinə bu qış aylarında ölkədəki aclığı azaltmaq üçün 400 min ton taxıla ehtiyac olduğunu bildirib. Fəhanq deyir ki, Əfqanıstanın aclıqla üzləşməsinə beynəlxalq bazarda taxılın qiymətinin artması səbəb olub. Ölkədəki vəziyyətə qonşu Pakistandakı siyasi böhran və zorakılıqlar da təsir göstərib. Əfqanıstandakı yaraqlılar da əsasən vilayətlərə gedən ərzaq konvoylarına hücumlar təşkil edirlər. Maliyyə nazirinin sözlərinə görə, Əfqanıstanın beynəlxalq bazardan kifayət qədər taxıl alması üçün 80 milyon dolara ehtiyacı var.
XS
SM
MD
LG