Accessibility links

Prezident Buşun Yaxın Şərqə səfərinin başlıca mövzuları İran və İsrail-Fələstin sülh prosesi olacaq


ABŞ prezidenti Corc Buş bəyan edib ki, o bu həftə regiona səfəri zamanı İran və Yaxın Şərq sülh prosesinin müzakirə edəcək. Onun səfərinin başlıca məqsədi İsrail-Fələstin sülh səylərinə Birləşmiş Ştatların regiondakı müttəfiqlərindən daha çox dəstək əldə etməkdir. Cənab Buş ilk olaraq İsrail və Fələstinin iki demokratik ölkə kimi dinc, yanaşı yaşamasına nail olunması istiqamətində sülh danışıqlarının sürətləndirilməsi məqsədilə İsrail baş naziri Ehud Olmert və fələstinlilərin prezidenti Mahmud Abbasla görüşəcək. Prezident Vaşinqtonu çərşənbə axşamı günü tərk edəcək. İsrail və İordan çayının qərb sahilinə baş çəkəndən sonra o, ABŞ-ın regionda beş başlıca müttəfiqi - Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misrə səfər edəcək.

Cənab Buş detallarla varmasa da, səfərdən öncə verdiyi mühasibələr zamanı deyib ki, o, İranın “aqressiv ambisiyaları”na qarşı plan üzərində işləyir. O, ərəb liderlərini Vaşinqtonun regionun təhlükəsizliyi məsələsinə sadiqliyinə əmin edəcəyini də deyib.
İran ABŞ prezidenti Corc Buşun Yaxın Şərqə səfərini kəsin tənqid edərək, Birləşmiş Ştatlarla münasibətləri yaxşılaşdırmaq planları olmadığını bildirib. Xarici işlər nazirliyinin sözçüsü Məhəmməd Əli Hüseyni bu gün mətbuat konfransında bəyan edib ki, İran cənab Buşun səfərinə regionun işlərinə müdaxilə kimi baxır. Hüseyni bəyan edib ki, İranın Amerika ilə münasibətləri dərhal yaxşılaşdırmaq planları yoxdur.


XS
SM
MD
LG