Accessibility links

Keniyada etiraz aksiyaları təxirə salındı


Keniyanın müxalifət lideri Raila Odingo bu həftə planlaşdırılan etiraz aksiyalarının təxirə salındığını bildirir. O, beləliklə vasitəçilərə imkan yaratmağa çalışdığını deyir. Müxalifətin bu qərarı hökumətin dekabr seçkilərindən sonra baş qaldıran zorakıqlar nəticəsində 500 adamın həlak olduğunu elan etməsindən sonraya təsadüf edir. Bu gün cənab Odinqo ABŞ dövlət katibinin Afirka məsələləri üzrə yardımçısı Jendayi Freyzerlə görüşüb, ölkədəki mövcud siyasi böhranın həlli yollarını müzakirə edib. Müxalifət prezident Mvaki Kibakini səslərin oğurlanmasında ittiham edir. Keniya prezidenti bildirib ki, parlamentin növbəti sessiyasını yanvar ayının 15-də çağıracaq.

XS
SM
MD
LG