Accessibility links

Müşahidəçilər Gürcüstan seçkilərini alqışlayır


Avropa Birliyi xarici siyasət idarəsinin rəhbəri Gürcüstanı həqiqi rəqabətcil prezident seçkiləri keçirdiyinə görə təbrik edib. Haviyer Solana eyni zamanda gürcü rəsmiləri müxalifətin saxtakarlıq ittihamlarını araşdırmağa çağırıb. O, həmçinin bütün tərəfləri dialoqa səsləyib. Gürcüstanda ilkin seçki nəticələri islahatçı lider Mixail Saakaşvilinin 52 faizlə qalib gəldiyini göstərir. Onun ən yaxın rəqibi Levan Qaçeçiladze səslərin 25 faizini toplayıb. Müxalifət seçkilərdə saxtakarlıqların baş verdiyini iddia edərək məhkəməyə müraciət edəcəyini bəyan edir. Rusiya xarici işlər nazirliyi Gürcüstan rəsmilərini qanun pozuntularına görə tənqid edib. Lakin Saakaşvili seçkiləri parlaq adlandırmış və beynəlxalq müşahidəçilərin hesabatlarını müsbət dəyərləndirmişdir.
XS
SM
MD
LG