Accessibility links

ABŞ İrana sərt xəbərdarlıq verib


İran qayıqları Fars Körfəzində Amerika donanması ilə üz-üzə gəldikdən sonra ABŞ dövlət katibi Kondoliza Rays İrana sərt xəbərdarlıq verib. Dövlət katibi Rays deyib ki, bu növ addımlar təxribatçı və təhlükəlidir. O, əlavə edib ki, Birləşmiş Ştatlar regionda öz maraqlarını və müttəfiqlərini müdafiə edəcək. Xanım Rays İranı dünyanın görmək istədiyi Yaxın Şərqə bir nömrəli təhlükə adlandırıb.

ABŞ rəsmiləri deyirlər ki, dünən 5 İran qayığı Hörmüz Boğazında 3 Amerika hərbi gəmisinə qarşı təxribat törədib. Hərbi rəsmilər bildiriblər ki, İran qayıqlarının aqressiv davranışına cavab olaraq ABŞ gəmiləri atəş açmağa hazırlaşıblar.

XS
SM
MD
LG