Accessibility links

Pakistan hökuməti Benəzir Bhuttonun qətlində əli olanları aşkar etməyə çalışır


Pakistan prezidenti Pərviz Müşərrəf hökumətinin müxalifət lideri Benəzir Bhuttonun qətlinin arxasında duranların aşkar ediləcəyinə dair öhdəlik götürdüyünü deyib. Britaniya müstəntiqləri ilə görüşü zamanı prezident deyib ki, onlar Pakistanın bütün hökumət orqanları ilə əməkdaşlıq edə bilər. Bu görüş Benəzir Bhuttonun 19 yaşlı oğlunun ona qarşı sui-qəsdin BMT tərəfindən araşdırılmasına çağırdığı vaxt həyata keçirilib.

Böyük Britaniyanın Skotland Yard təşkilatının əməkdaşları Pakistana keçən cümə günü getmişdi. Heyət hökumətin təhqiqatını texniki və tibbi ekspertiza ilə təmin edir.

XS
SM
MD
LG