Accessibility links

Livanın şimal ərazisindən İsrailə raket hücumları həyata keçirilib 


Livanın İsrailin şimal sərhəddinə etdiyi raket hücumları gözlənilməz olub. Qeyd edək ki, bu 2006-cı ildə İsraillə Livan arasındakı müharibədən bəri həmin əraziyə ikinci hücumdur. İsrail polisinin sözçüsü Miki Rozenfild raketlərin İarailin şimalına, küçəyə düşdüyünü, lakin xəsarət alanların olmadığını deyib.

Qeyd edək ki, raket hücumları prezident Buşun fələstinlilərin prezidenti Mahmuid Abbas və İsrailin baş naziri Ehud Olmertlə danışıqlar məqsədi ilə regiona üç günlük səfəri ərəfəsində gərginliyi daha da artırıb. İsrailə səfəri zamanı cənab Buş Qüdsün tarixi King Deyvid mehmanxanasında qalacaq. Qüdsün mərkəzi küçələrinin Buşun səfəri fağdı bağlanacağı bildirlir.

XS
SM
MD
LG