Accessibility links

Corc Buş Yaxın Şərq səfərini İsraildən başladı


Prezident Buş İsrail və fələstinlilər arasında sülh danışıqlarının təşviqi və İranın törətdiyi təhlükənin müzakirəsi məqsədi ilə Yaxın Şərqə 8 günlük səfərini İsraildən başlayıb. Tel Əvivin Ben Qurion hava limanında çıxış edən cənab Buş regionda dərin sülh və azadlıq istəyi və buna yeni imkanlar olduğunu deyib.

Prezident Buşu salamlayan İsrail prezidenti Şimon Peres çıxışı zamanı İranı İsrailin özünümüdafiə yolunu seçməyə məcbur etməməyə çağırıb. O, prezident Buşu İran, Hezbullah və Həmasın ağılsızlığına son qoyulmasına yardım göstərməyə çağırıb.

Corc Buş Qüdsdə prezident Peres və İsrailin baş naziri Ehud Olmerlə görüşmüşdür. Sabah isə prezident Buş fələstinlilərin prezidenti Mahmud Abbasla görüşmək üçün İordan Çayının Qərb Sahilinə gedəcək.

XS
SM
MD
LG