Accessibility links

ABŞ -ın hərbi təyyarələri İraqda Əl-Qaidəyə qarşı havadan zərbələr endirib


Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələri bildirir ki, bu gün Bağdadın cənubunda Əl-Qaidə terrorçularına qarşı havadan zərbələr endirilib. Hərbiçilərin bəyanatında deyilir ki, təyyarələrdən Ərəb Cabordakı üç böyük əraziyə atılan bombaların ümumi çəkisi 18 000 kiloqramdan artıq olub və 40-dan çox hədəf məhv edilib. İraqdakı Əl-Qaidə yaraqlılarına qarşı bir həftə bundan əvvəl başlanan Fantom Finiks əməliyyatlarının bir hissəsi olan bu əməliyyatın nəticələri barədə ətraflı məlumat verilmir.

İraqdan alınan digər bir məlumatda isə bildirilir ki, Bağdadın mərkəzində iki bomba partlayışı azı 3 nəfərin ölümünə, 11 nəfərinsə yaralanmasına səbəb olub.

XS
SM
MD
LG