Accessibility links

Əfqanıstan ABŞ-ın əlavə qüvvələr barədə qərarını alqışlayır


Əfqanıstan Birləşmiş Ştatların bu ölkəyə Taliban yaraqlılarına qarşı bu bahar nəzərdə tutulan əməliyyatlar üçün əlavə bir neçə min əsgər göndərməsi haqda qərarını alqışlayıb. Müdafiə nazirliyinin sözçüsü Zahir Əzimi deyib ki, əlavə qüvvələr yaraqlılara qarşı nəzərdə tutulan əməliyyatlara kömək edə bilər.

Dünən ABŞ-ın müdafiə naziri Robert Geyts aprel ayında Əfqanıstana əlavə 3 000 əsgərin göndəriləcəyinin nəzərdə tutulduğunu deyib. Hal-hazırda isə Biləşmiş Ştatların Əfqanıstanda 27 minə qədər əsgəri xidmət edir. Əfqanıstandan alınan digər xəbərdə bildirilir ki, bu gün cənubi Zabul vilayətindəki hədəfinə çatmazdan əvvəl bombanın partlaması nəticəsində intiharçı həlak olub.

XS
SM
MD
LG