Accessibility links

Pakistanda 21 polis işçisi öldürülüb


Pakistanın şərqindəki Lahor şəhərində intiharçı hücumu nəticəsində çoxu polis işçisi olmaqla 22 nəfər həlak olub. Rəsmilər 60-dan çox insanın yaralandığını bildiriblər. Bugünkü partlayış vəkillərin hökumət əleyhinə nümayişi öncəsi onlarla polisin Lahor Ali Məhkəməsinin qarşısında toplaşdığı zaman baş verib. Yerli polis rəisi Malik İqbal Pakistan mətbuatına bildirib ki, bir nəfərdən başqa ölənlərin hamısı polis işçisi olub. Rəsmilər intiharçının motosikletlə məhkəminin qarşısından keçəndə polislərin ondan dayanmasını tələb etdiyi vaxt özünü partlatdığını deyib. Hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməyib. Pakistanda son zamanlar polis işçilərini və təhlükəsizlik qüvvələrini hədəfə alan hücumlar həyata keçirilir. Hökumət hücumlarda Əl Qaidə ilə əlaqəsi olan İslamçı militantları günahkar bilir.
XS
SM
MD
LG