Accessibility links

ABŞ: İranın Hörmüzdə insidentlə bağlı nümayiş etdirdiyi video ciddi montaj olunub


Birləşmiş Ştatların hərbi qüvvələri bazar günü İran körfəzində Amerika hərbi gəmilərilə baş vermiş insidentin göstərildiyi video görüntülərin ABŞ-ın hadisə ilə bağlı versiyasını təsdiq etdiyini bildirib. ABŞ rəsmiləri videonun ciddi şəkildə montaj edildiyini deyiblər. Onların bildirdiyinə görə, bu video belə görünür, İran hərbi qüvvələri və ABŞ hərbi gəmiləri arasında baş vermiş insidentdən öncə çəkilib. İran hərbi qüvvələri tərəfindən lentə alınmış videoda bir şəxsin radio vasitəsilə dənizdə məsafədən görünən Amerika gəmilərilə danışıqlar apardığı göstərilir. ABŞ Müdafiə nazirliyinin insidentlə əlaqar nümayiş etdirdiyi görüntülərlə ziddiyyət təşkil edən bu videoda İran qayıqlarının Amerika gəmilərinə yaxınlaşdığı göstərilmir. Pentaqonun bu həftənin əvvəli nümayiş etdirdiyi videoda Hörmüz boğazında bir neçə kiçik qayığın ABŞ hərbi gəmiləri ətrafında dolaşdığı göstərilir.

XS
SM
MD
LG