Accessibility links

Keniyanın əsas müxalifət partiyası nümayişlərin bərpa ediləcəyini bildirib


Keniyanın əsas müxalifət partiyası Narıncı Demokratik Hərəkat Mvai Kibakinin yenidən prezident seçilməsinə etiraz olaraq, nümayişlərin bərpa ediləcəyini bildirib. Partiya etiraz aksiyasının gələn çərşənbə günü Nairobinin Uhuru parkında keçiriləcəyini bəyan edib. Narıncı Demokratik Hərəkat partiyasının tərəfdarları keçən həftə eyni parkda yürüş keçirməyə cəhd göstərmişdi. Lakin cəhdin qarşısı polis tərəfindən alınmışdı. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və təzyiqli sudan istifadə etmişdi. Afrika Birliyinin Keniyadakı siyasi böhranın həlli səyləri də nəticə verməmişdi.

XS
SM
MD
LG