Accessibility links

Pakistan prezidenti ABŞ-a xəbərdarlıq edib


" hspace=2 src="/azerbaijani/images/ap_pakistan_musharraf_address_2jan08_eng_0.jpg" width=160 align=left vspace=2 border=0>Pakistan prezidenti Pərviz Müşərrəf Birləşmiş Ştatlara Əl-Qaidə və Taliban yaraqlılarını ələ keçirmək üçün ölkənin Əfqanıstanla sərhəd regionunda birtərəfli hərbi əməliyyat keçirməmək barədə xəbərdarlıq edib. Sinqapurun “The Strait Times” qəzetinə müsahibə verən cənab Müşərrəf deyib ki, əgər ABŞ və koalisiya qüvvələri Pakistanın ucqar ərazilərinə icazəsiz daxil olsalar, onlar işğalçı hesab olunacaqlar. Keçən həftə Nyu-York Times qəzeti rəsmi Vaşinqtonun Pakistanın ucqar bölgələrində kəşfiyyat və hərbi əməliyyatları genişləndirməyi hesab etdiyini yazmışdı. Birləşmiş Ştatlar Əl-Qaidə lideri Usama Bin Laden və onun müavini Ayman əl-Zavahirinin orada gizləndiyinə inanır. Region həmçinin Əfqanıstanda koalisiya qüvvələrinə qarşı hücumlar təşkil edən Taliban yaraqlarının bazası hesab olunur.

XS
SM
MD
LG