Accessibility links

“İrəli Gürcüstan” partiyasının aparıcı üzvü əfv edildi


Gürcüstanın müvəqqəti prezidenti Nino Burjanadze müxalifət “İrəli Gürcüstan” partiyasının aparıcı üzvünün azadlığa buraxılmasına dair əfv fərmanı imzalayıb. Beləliklə İraklı Batiaşvili bu gün həbsdən azad edilib. Əfv qərarının nəyə görə verildiyi aydın deyil. Müxalifət liderləri hökuməti onun siyasi səbəblərə görə həbs etdiyində günahlandıraraq, Batiaşvilinin azadlığa buraxılmasını tələb edirdi. Batiaşvili 2006-ci ildə Abxaziya separatçılarına dəstək ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

XS
SM
MD
LG